Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Xanbala
Firavan Əsgərov 2001-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. 2008-ci ildə Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin birinci sinfinə daxil olub.
2019-cu ildə orta məktəbi başa vurduqdan sonra Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi hərbi xidmətə çağırılmışdır. İlk hərbi xidməti Cəlilabad rayonunda keçmişdir. Andiçmədən sonra Bakıda XTQ hissəsində hərbi xidmətini davam etdirib. 2020-ci ilin iyun ayından başalayaraq Türkiyə və Pakistan ordusu ilə hərbi təlimlərə başladılar. Firavanın ilk döyüşü 2020-ci il sentyabr ayının 20-də öz hərbçi yoldaşları ilə birlikdə Goranboyda başladı. Bir çox döyüş yolları keçib, Tovuz döyüşlərində iştirak edib. Murov yüksəkliyinin alınmasında, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrutun və onun bəzi qəsəbələrinin alınmasında iştirak edib. Sonuncu döyüşü Hadrutda bir döyüş yoldaşı ilə birlikdə kəşfiyyata gedir. Firavan döyüşdə ağır yaralanır. Döyüşçü yoldaşları köməyə gəlib onu Füzuli hərbi qospitalına göndərirlər. Firavan çox qan itirdiyindən hərbi qospitalda şəhid olur.
Firavan Əsgərov Xanbala oğlu ölümündən sonra ölkə rəhbərliyi tərəfindən “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, ”Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Balaca vaxtından öz yaşıdları ilə yox, özündən yaşca böyüklərlə bir yerdə olub. Sözünə bütöv olub, ciddi olub, idmanı sevib.
Ata: Əsgərov Xanbala Balabəy oğlu Ana: Əsgərova Şamama Lazımxan qızı Bacı: Əsgərova Nənəbacı Xanbala qızı