Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Sərvər
Hüseyinov Ələm Sərvər oğlu 03.01.1996-cı ildə Saatlı rayonu Azadxan kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ələm Hüseyinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 31.10.2020-ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Nəşi qarlı hava səbəbəindən uzun müddət tapıla bilməyib. 16 yanvar 2021-ci il tarixdə torpağa tapşırılıb.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafaiq sərəncamlarına əsasən Ələm Hüseyinov “Vətən uğrunda”, ”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ələm Hüseyinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ələm sadə, zəhmətkeş, səmimi, gülərüz, mehriban bir insan olub. Ailəsinə bağlı, valideyinlərinə xüsusi hörmət və qayğı ilə yanaşmaqla seçilib.
Ata: Hüseyinov Sərvər Qasım oğlu Ana: Hüseyinova Nəsibə Bəxtiyar qızı Qardaş: Hüseyinov Sədafər Sərvər oğlu