Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Hüseyn
Hüseynov Şikar Hüseyn oğlu 1995-ci il oktyabrın 15-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Hüseynov Şiraz təhsilini Çeşməli kənd orta məktəbində alıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Hüseynov Şikar Hüseyn oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Hüseynov Şikar Çeşməli kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynov Şikar Hüseyn oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, xoşxasiyyət , ürəyi yumşaq, qoçaq insan idi.
Ata: Hüseynov Hüseyn İsmayıl oğlu Ana: Hüseynova Hava Kazım qızı Qardaş: Hüseynov Firuddin Hüseyn oğlu Bacı: Hüseynova Ziyafət Hüseyn qızı Bacı: Hüseynova Mələk Hüseyn qızı Qızı: Hüseynli Fatimə Şikar qızı