Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Nəriman
Elmar Nəriman oğlu İbrahimov 2 sentyabr 1998-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. Orta təhsilimi Mingəçevir şəhər 2 N-li məktəbdə alıb. Məzun olduqdan sonra Peşə məktəbinə qəbul olub, qaz qaynaqçısı peşəsinə yiyələnib. 2016-cı ildə hərbi xidmətə yollanıb, topçu olaraq xidmət edib.
2020-ci ilin sentyabrında Elmar Vətəni qorumağa çağırılıb. Vətən müharibəsinin gedişində Elmar Nəriman oğlu İbrahimov 30 sentyabrda Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində şəhid olub.
Şəhidliyindən sonra Elmar İbrahimov "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və “Vətən uğrunda ”medallarıyla təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Elmar İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim, zəhmətkeş, dürüst, ailəsinə bağlı bir insan idi.
Ana -İbrahimova Ümmü Kamran qızı