Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Eldar
İsmayılov Vüqar Eldar oğlu 15.09.1993-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Vüqar İsmayılov 21.09.2020-ci ildə hərbi xidmətə çağırılıb,Vətən müharibəsində iştirak etmiş, Talış-Suqovuşan istiqamətində döyüşüb. 10.10.2020-ci ildə müharibənin qızğın dövründə Talış-Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunması”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Vüqar İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, ailəcanlı, dürüst bir insan idi.
Ata: İsmayılov Eldar İsa oğlu Ana: İsmayılova Səidə Saleh qızı Bacı: Əliyeva Aysu Samir qızı