✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Ata adı: Qiyas
Fərid Qiyas oğıu Lətifov 10 oktyabr 2001-ci il tarixdə Şəkidə anadan olub. 2020-ci ildən hərbi xidmətdə idi. Vətən müharibəsində iştirak etmiş və 5 medalla təltif olunmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Lətifov 14 sentyabr 2022-ci il tarixdə – 20 yaşında, Ermənistanla sərhəddə döyüş meydanında qəhrəmancasına həlak olub. 15 sentyabr 2022-ci il tarixdə Şəkidəki Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.
Vətən Müharibəsində “Cəbrayılın azad olunmasına görə” medalı – (24.12.2020), “Füzulinin azad olunmasına görə” medalı – (25.12.2020), “Şuşanın azad olunmasına görə” medalı – (29.12.2020), “Xocavəndin azad olunmasına görə” medalı – (24.06.2021) və “Kəlbəcərin azad olunmasına görə” (24.06.2021) medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fərid Lətifov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Sakit, mehriban xarakterli biri olub.
Ata: Lətifov Qiyas Arif oğlu Ana: Cumayeva Anjelika Növrət qızı Bacı: Lətifova Elnarə Qiyas qızı