Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Mübariz
Məmmədov Elvin Mübariz oğlu 1996-cı il fevralın 26-da Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub. Elə həmin kənddə orta məktəb təhsilini başa vurduqdan sonra 2014-cü ildə həqiqi hərbi xidmətə yola düşüb. 2016-cı ildə xidmətini başa vuraraq sağ-salamat evinə dönüb. 27 sentyabr 2020-ci il tarixində isə yenidən ordu sıralarına qayıdaraq Vətən müharibəsinə könüllü olaraq qatılıb. Oktyabrın 1-i 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. O, doğulduğu Ləkçıplaq kəndində dəfn olunub.
Şəhid E.Məmmədov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Siqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına” görə medallları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qorxmaz, cəsur, şücaətli oğlan idi. Vətənini çox sevirdi, ad günü Xocalı soyqırımı gününə düşdüyü üçün heç vaxt ad günü keçirmirdi. Torpaqlarımızın işğalda olması ilə heç cür barışmırdı. Ailəcanlı zəhmətkeş, hər bir şeyə zəhmətlə nail olmağı istəyən oğlan idi.
Ata: Məmmədov Mübariz Hacı oğlu Ana: Məmmədova Ülviyyə Kamal qızı Qardaş: Məmmədov Dünyamin Mübariz oğlu