19–20 Sentyabr Antiterror Əməliyyatı
✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Ata adı: Rafiq
Məcid Məmmədov 2002-ci ildə Cəlilabad rayonunun Hacıcavad kəndində dünyaya göz açıb. O, hələ uşaq yaşlarından Vətənə sevgisi ilə həmyaşıdlarından seçilib.
Məcid Məmmədov İkinci Qarabağ müharibəsi başlayanda Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət göstərib. Məcid Məmmədov Talış kəndinin və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanın azadlığı uğrunda hərbi əməiyyat onun son döyüşü olub.
Məcidin hərbçi yoldaşları bildirir ki, o, döyüş zamanı başlarının üstündən keçən mərmilərə fikir vermədən irəli atılırdı. Elə şiddətli döyüşlərin birində qəhrəman kimi döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Məcid Məmmədov ölümündən sonra “Vətən uğrunda və “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məcid Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, mədəni insan olub.
Ata: Məmmədov Məcid Ana: Dürdanə Quliyeva Qardaş: Məmmədov Emil