Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Elşən
Məmmədov Vüsal Elşən oğlu 03 avqust 1998-ci ildə Gəncə şəhərində doğulmuşdur.
2004-cü ildə Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2015-ci ildə həmin məktəbi bitirmişdir.
2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə olmuşdur.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra fotoqraf kimi fəaliyyət göstərmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Vüsal Məmmədov yenidən hərbi xidmətə çağrılmışdır. O, Xüsusi Təyinatlı qrupun tərkibində vuruşaraq, Füzuli və Xocavənd rayonları, həmçinin İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə yer almışdır. Döyüş yoldaşlarının dediklərinə görə, yaralı olduğu halda döyüşü davam etdirmiş, yaralı əsgər yoldaşlarının təxliyyəsində xüsusi cəsarət göstərmişdir.
9 noyabr 2021-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
18 mart 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Subay idi.
Azərbaycan prezidentinin Sərəncamına əsasən Vüsal Məmmədov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı, səmimi, xoşrəftar insan olub.
Ata: Məmmədov Elşən Qəmbər oğlu Ana: Məmmədova Səbinə Eldar qızı