Həzrət Məsumənin (s.ə) həyatı və vəfatı haqqında hər şey
10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.
19–20 Sentyabr Antiterror Əməliyyatı
✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Ata adı: Çərkəz
Tükəzban Mirzalıyeva 1995-ci ildə Bərdə rayonun Çələbilər kəndində andan olub. Bərdə rayon Cələbilər kənd Sərdar Rəhimov adına tam orta məktəb
2020-ci il oktyabrın 28-də Ermənistan Ordusu Bərdə şəhərinə beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli raketlərlə atəş aşaraq daha bir alçaq cinayəti həyata keçirib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 4-ü qadın olmaqla, 20 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bərdənin bombalanması nəticəsində dinc sakin Tükəzban Mirzalıyeva həlak olmuş, Çələbilər kənd qəbiristanlığında dəfn edilmişdir.
Sakit, gülərüz, mehriban insan olub.
Ata: Mirzalıyev Çərkəz Xanlar oğlu Ana: Mirzalıyeva Ülviyyə Əhməd qızı Bacı: Mirzalıyeva Zülfiyyə Çərkəz qızı Həyat yoldaşı: İsmayılov Elçin Sədrəddin oğlu Qızı: İsmayılzadə Gülçin Elçin qızı