Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Oruc
Niftəliyev Ümüd Oruc oğlu 20 oktyabr 1998-ci ildə Babək rayonu Araz kəndində anadan olmuşdur. Orta təhsilini Heydər Əliyev adına Hərbi liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ümüd Niftəliyev Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması zamanı 16 noyabr 2021-ci il tarixində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Niftəliyev Ümüd Oruc oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, gülərüz insan idi. Ailəcanlı, vətəninə bağlı biri olub.
Ata: Niftəliyev Oruc Mirzəmməd oğlu Ana: Əmraliyev Fizzə Əmralı qızı Qardaş: Niftəliyev Sərxan Oruc oğlu Bacı: Nİftəliyeva İlkanə Oruc qızı