Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: İsfəndiyar
Qafarov Savalan İsfəndiyar oğlu 2003-cü il dekabr ayının 9-da Lerik rayonu Cəngəmiran kəndində anadan olmuşdur. Savalan Qafarov orta təhsilini Bakı şəhəri 218 saylı tam orta məktəbində, daha sonra isə Bakı İdarəetmə və Texnologiya kollecində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qafarov Savalan İsfəndiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Qafarov Savalan İsfəndiyar oğlu Binə rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qafarov Savalan İsfəndiyar oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir
Vətənpərvər,şən, zarafatcıl, hər kəsin qayğısını çəkən
Ata: Qafarov İsfəndiyar Nurəddin oğlu Ana: Qafarova Xəyalə Sərhəng qızı Bacı: Qafarova Zeynəb İsfəndiyar qızı