Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Əlizamin
Qənbərli Rəşad Əlizamin oğlu 25 iyun 1996-cı ildə Cəlilabad rayonu, Közbulaq kəndində anadan olmuşdur. Orta təhsilini şəhid Eldəniz Yusubov adına Uzuntəpə kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qənbərli Rəşad Əlizamin oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 14 sentyabr 2022-ci il tarixində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qənbərli Rəşad Əlizamin oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, qorxmaz insan idi. Ailəcanlı, şən birisi olub.
Ata: Qənbərov Əlizamin Gürşad oğlu Ana: Qənbərova İlhamə Nadir qızı Həyat yoldaşı:Qənbərli Turanə Zamin qızı Qardaş: Qənbərli Ramiz Əlizamin oğlu Qardaş: Qənbərli Ramin Əlizamin oğlu Qardaş: Qənbərli Ruslan Əlizamin oğlu