Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Anar
Cəmil Qurbanzadə 27 aprel 2003-cü ildə Astara şəhərində anadan olmuşdur. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb.
Cəmil Qurbanzadə tərxis olmağına 18 gün qalmışdı. Ailədə 2 bacının tək qardaşı olub. Subay idi. 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi Azərbaycan–Ermənistan sərhəd toqquşması (sentyabr, 2022) zamanı şəhid olub. Onun nəşi 16 sentyabr 2022-ci ildə doğulub boya başa çatdığı Astara şəhərinə gətirilib böyük bir izdihamla Astara şəhər qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin qohum və yaxınları, rayon rəhbərliyi və sakinlər iştirak ediblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cəmil Qurbanzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Mərd, cəsur, qorxmaz və vətənpərvər insan olub.
Ata: Qurbanov Anar Səadət oğlu Ana: Qurbanova Rumiyyə Hüccət qızı Bacı: Qurbanzadə Qönçə Anar qızı Bacı: Qurbanova Aylin Anar qızı