Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Həsrət
Rəhimov Asif 17.04.1993-cü ildə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olub. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. 03.10.2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub.
Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Asif Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şən, ailəcanlı, ürəyi təmiz, vətən sevər, bayrağa bağlı biri olub.
Ata: Rəhimov Həsrət Baloğlan oğlu Ana: Rəhimova Könül Vaqif qızı Bacı: Rəhimova Günel Həsrət qızı Həyat yoldaşı: Rəhimova Cəmilə Elməddin qızı Oğlu: Rəhimov Kənan Asif oğlu Qızı: Rəhimova Yağmur Asif qızı