Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Faid
Rüstəmov Elnur Faid oğlu 05 noyabr 1989-cu ildə Xaçmaz rayonu, Əbilyataq kəndində anadan olmuşdur. Orta təhsilini Xaçmaz rayonu Əbilyataq kənd orta məktəbində almışdır.
Vətən Müharibəsində iştirak edən Elnur Rüstəmov bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən Müharibəsində iştirakına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Rüstəmov Elnur Faid oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 13 sentyabr 2022-ci il tarixində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rüstəmov Elnur Faid oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Ailəli idi, Vətənə yadigar 3 övladı qalmışdır.
Qorxmaz, cəsur, vətənpərvər insan idi.
Ata: Rüstəmov Faid Bayram oğlu Ana: Rüstəmova Məryəm Nizam qızı Həyat yoldaşı: Rüstəmova Sara Mahir qızı Oğlu:Rüstəm Elcan Elnur oğlu Oğlu: Rüstəm Yunus Elnur oğlu Oğlu: Rüstəm Adəm Elnur oğlu