Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Fikrət
Rzayev Hacırza Fikrət oğlu 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb.
2010-2012 -ci illərdə Gədəbəydə "N" saylı hərbi hissədə qulluq edib. Vətən müharibəsi başlayandan könüllü olaraq müharibədə iştirak edib. Füzulidə, Cəbrayılda,Hadrutda döyüşlərdə olub. 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rzayev Hacırza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox mülayim və mehriban idi. Pozitivliyi ilə hər kəsin sevgisini qazanmışdı.
Ata: Rzayev Fikrət Rüstəmoviç oğlu Ana: Rzayeva Mətanət Şahəli qızı Bacı: Rzayeva Xanım Fikrət qızı Bacı: Rzayeva Lamiyə Fikrət qızı