Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Xalid
Vüqar Şıxıyev 7 avqust 1971-ci ildə İsmayıllı şəhərində anadan olub. 1978-ci ildə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbin ictimai tədbirlərində fəal iştirak edib. 1987-ci ildə riyaziyyat üzrə respublika olimpiadasında iştirak edərək fəxri fərmanla təltif edilib. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetinin Maşınqayırma fakültəsinə qəbul olub, 1992-ci ildə oranı bitirib və ona leytenant hərbi rütbəsi verilib. Fərdi sahibkarlıqla məşğul idi.
Ailəli idi, iki övladı vardı. Oğlu Naxcıvan Dövlət Universitetində stomotologiya fakultəsində, qızı isə tam orta məktəbdə təhsil alır.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Şıxıyev Vüqar Xalid oğlu Vətən Müharibəsi başlayanda ehtiyatda olan zabit kimi orduya sentyabrın 21-dən cəlb olunmuş, Talış, Suqovuşanın işğaldan azad edilməsində artilleriya zabiti kimi fəal iştirak etmişdir. Vətən Müharibəsində zəfərimizi əldə etdikdən bir müddət sonra dekabrın 8-9 keçən gecə 2020-ci il tarixində hərbi xidməti davam etdirərkən şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən Şıxıyev Vüqar Xalid oğlu "“Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
O, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.
Mərd, cəsur, qayğıkeş insan olub.
Həyat yoldaşı: Sədirova Aytən Əliağa qızı Ana: Şıxıyeva Solmaz Əliabbas qızı. Oğlu: Şıxıyev Abtalıb Vüqar oğlu Qızı: vŞıxıyeva Nərmin Vüqar qızı