Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Elşad
Xankişiyev Elşən Elşad oğlu 2000-ci il iyun ayının 23 -də Neftçala şəhərində anadan olmuşdur. Elşad Xankişiyev orta təhsilini Neftçala şəhəri 3 nömrəli tam orta məktəbində təhsil almışdır.
Vətən müharibəsində iştirak etmiş, Şuşanın, Füzulinin, Şuşanın azadlığı uğrunda qəhrəmancasına döyüşmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Xankişiyev Elşən Elşad oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Xankişiyev Elşən Elşad oğlu Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Xankişiyev Elşən Elşad oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Elşən çətin həyat yolu keçmişdir. Onun keçdiyi həyat yolu o qədər çətin olmuşdur ki, müharibənin çətinliyini hiss etmirdi. Elşən cəsur, igid və qəhrəman kimi yaddaşlarda qalacaq.
Ata: Xankişiyev Elşad Nəcəf oğlu Ana: Xankişiyeva Aidə Məmmədhüseyin qızı