✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Ata adı: Ayaz
Zeynallı İlqar Ayaz oğlu, 9 iyul 1995-ci il tarixində Tovuz rayonu Cəlilli kəndində anadan olmuşdur. Həmin kənddə yerləşən məktəbdə orta təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olmuşdur. Hərbi həkim işi ixtisasına yiyələndikdən sonra Beyləqanda feldşer(hərbi həkim) kimi xidmətə başlamışdır. Aprel döyüşlərinin fəal iştirakçılarından olub və neçə-neçə yaralı döyüş yoldaşlarına vaxtında ilkin tibbi yardım etmişdir. 2018-ci ildən Tovuz rayonunda xidmətinə davam etmişdir.
Azərbaycan Ordusunun giziri İlqar Zeynallı 2020-ci il 14 iyul tarixində torpaq uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Tovuz rayonu Cəlilli kəndində dəfn olunmuşdur.
Subay idi, özündən yaşca böyük qardaşı və kiçik bacısı var.
Vətənpərvər, igid, qorxmaz, cəsur, mehriban insan idi.
Ata: Zeynalov Ayaz Heydər oğlu Ana: Zeynalova Dilarə Rəcəb qızı Qardaş: Zeynallı Sənan Ayaz oğlu Bacı: Zeynalova Fidan Ayaz qızı