Həzrət Məsumənin (s.ə) həyatı və vəfatı haqqında hər şey
10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.
19–20 Sentyabr Antiterror Əməliyyatı
✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Ata adı: Fikrət
Turqut Zeynalov 1996-cı il avqustun 20-də Bərdə şəhərində anadan olub. 2002-2011-ci illərdə Bərdə şəhərində F. Muradov adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.
Turqut Zeynalov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Turqut Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turqut Zeynalov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Turqut Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı, mərd, vətənpərvər insan olub.
Ata: Zeynalov Fikrət Nağı oğlu Ana: Zeynalova Ziveydə Əmirxan qızı Bacı: Zeynalova Gülnarə Fikrət qızı Bacı: Zeynallı Fatimə Fikrət qızı Qardaş: Zeynallı Turab Fikrət oğlu