Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Ağa
Mənsur Ağayev 1994-ci il iyulun 29-da Hacıqabul rayonunun padar qəsəbəsində anadan olub. Mənsur Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Mənsur Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Mənsur Ağayev noyabrın 9-da Şuşada şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mənsur Ağayev ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə ” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Tərbiyəli, mehriban, ürəyi təmiz, ata və ananya qarşı qayğıkeş. İgid, cəsur, mərd insan olub.
Ata: Ağayev Ağa İsmayıl oğlu Ana: Ağayeva Mənsurə Şahbala qızı Qardaş: Ağayev Hüseyn Ağa oğlu Bacı: Ağayeva Aytən Ağa qızı