Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Nərbala
Babaşov Ucal Nərbala oğlu 1995-ci il aprel ayının 9 -da İmişli rayonu, Xəlfəli kəndində anadan olmuşdur. Ucal Babaşov orta təhsilini Xəlfəli kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ucal Babaşov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ucal Babaşov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 22 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Dəhrəz kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ucal Babaşov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur vətənpərvər insan idi.
Ata: Babaşov Nərbala Bəybala oğlu Ana: Babaşova Nazifə Əzizxan qızı Qardaş: Babaşov Natiq Nərbala oğlu Bacı: Babaşova Günay Nərbala qızı Bacı: Babaşova Vəfa Nərbala qızı Qardaş: Babaşov Möhlətəli Nərbala oğlu Qardaş: Babaşov Azər Nərbala oğlu