✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Ata adı: Zavur
Cavidan Bədəlov 1996-cı il martın 28-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub.
Cavidan Bədəlov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun baş leytenantı Cavidan Bədəlov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. İsmayıllı rayonun Talıstan kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cavidan Bədəlov “Azərbaycan Bayrağı” ordeni ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cavidan Bədəlov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Mərd, İgid cəsur insan idi.
Ata: Bədəlov Zavur Kazım oğlu Ana: Bədəlova Gılxıs Atamalı qızı Qardaş: Bədəlov Asiman Zaur oğlu Bacı: Allahverdiyeva Şəhrizad Zaur qızı