Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Zahid
Orxan Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Orxan Çobanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Çobanov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Orxan Çobanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Çobanov Orxan kiçik yaşlarından idmanla məşğul olub. Bir neçə idman yarışlarından medal və diplomlarla təltif olunub. Dostlarının və tanışlarının bildirdiyinə görə Orxan vətəninə və millətinə bağlı gənc olub.
Ata: Çobanov Zahid Pirnəzər oğlu Ana: Çobanova Səvər Səməndər qızı Qardaş: Çobanov Kamran Zahid oğlu