Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Xalıqverdi
Əlibəyli Mikayıl Xaliqverdi oğlu 1992-ci il, dekabrın 23-də Mingəçevir şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərində hərbi xidmət keçib. Xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində bir müddət şirniyyat sexində çörəkçi olub. İki il müddətə yaxın isə Mingəçevirdə çörəkçi işləyib.
Vətən Müharibəmiz başlayanda Vətənin müdafiəsinə yola düşüb. Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən oktyabrın 6-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 7-də Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Mehriban, səmimi, gülərüz, ailəcanlı bir insan idi.
Ata: Əliyev Xalıqverdi Mikayıl oğlu Ana: Əliyeva Almaz Məhəmməd qızı Qardaş: Əliyev Rauf Xalıqverdi oğlu