Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Həmzə
Əliyev Adil Həmzə oğlu 1992-ci il aprelin 13-də Gəncə şəhərində doğulmuşdur. 1999-cu ildə Gəncə şəhər 32 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, təhsilini Gəncə şəhər 20 saylı tam orta məktəbdə başa vurmuşdur. Məktəb illərində müxtəlif idman növləri ilə məşğul olmuşdur. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Günay Əliyeva ilə ailə həyatı qurmuşdur. Bir övlad atası idi.
2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində anası Əliyeva Afaq və həyat yoldaşı Əliyeva Günay ilə bərabər həlak olmuşdur.
Əliyev Adil Həmzə oğlu 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əliyev Adil Həmzə oğluna şəhid statusu verilmişdir.
Mehriban,ailəcanlı, xoşxasiyyətli insan idi.
Ata: Əliyev Həmzə Adil oğlu Ana: Əliyeva Afaq Əziz qızı Bacı: Qasımova Nərgiz Həmzə qızı Həyat yoldaşı: Əliyeva Günay Zahid qızı Qızı: Əliyeva Nilay Adil qızı