Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Elnur
Azər Elnur oğlu Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub.
Azərin həqiqi hərbi xidməti Vətən Müharibəsi dövrünə təsadüf edib. Torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərən Azər 30 sentyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Azər Əliyev ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Həmişə çalışqan, nümunəvi, dostlarına qayğıyla yanaşan, ictimai işlərdə, vətənpərvərlik tədbirlərində fəal iştrak edən oğlan idi. Ağır təbiətliydi, oxumağa, təhsilə həmişa böyük həvəsi olub. Valideynlərini heç vaxt incitməzdi.
Ata: Əliyev Elnur Azər oğlu Ana: Əliyeva Cəmalə Şaiq qızı Qardaş: Əliyev Məhəmməd Elnur oğlu