Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Eldəniz
Emin Eldəniz oğlu Əliyev 18 dekabr 1990-cı ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. Şəmkir rayon, Səməd Vurğun adına Təzkənd kənd orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 44 günlük Vətən Müharibəsində arxa cəbhədə xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri olan Emin Əliyev 22 iyul 2023-cü il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobilin Kəlbəcərdə qəzaya uğraması nəticəsində şəhid olub.
Emin Əliyev iyulun 23 -də Şəmkir rayonu Təzəkənd kənd qəbiristanlığında dəfn edilib.
Mərd, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan idi.
Ata: Əliyev Eldəniz Müzəffər oğlu Ana: Rəsulova Məlahət Misir qızı Həyat yoldaşı: Əliyeva Nərmin Elşad qızı Oğlu: Əliyev Üzeyir Emin oğlu