Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Şakir
Əliyev Ramil Şakir oğlu 2000-ci il may ayının 10-da Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuşdur. Ramil Əliyev orta təhsilini Dünyamalılar kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ramil Əliyev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Ramil Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Şuşa rayonu Şuşakənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ramil Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər, insan idi.
Ata: Əliyev Şakir Qüdrət oğlu Ana: Əliyeva Abaxanım Yaqub qızı Bacı: Əliyeva Ayşən Şakir qızı Həyat yoldaşı: Əliyeva Aytac Sürəddin qızı Oğlu: Əliyev Sübhan Ramil oğlu