Bəqərə surəsi (89-93) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Xaliqiyyətdə tövhid Səsli kitab 3
Bəqərə surəsi (84-88) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Nəhcül-bəlağənin şərhi 11.04.2026
Əməllər və davranışlar
Namaz haqqında
Ata adı: Nicad
Əlizadə Tuncay Nicad oğlu 2004-cü il noyabr ayının 25-də Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olmuşdur. Tuncay Əlizadə orta təhsilini Əlti Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində almışdır.
Tuncay Əlizadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Tuncay Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Vətənpərvər , mərd, cəsur insan idi.
Ata: Əliyev Nicad Behbud oğlu Ana: Əliyeva Rəna İxtiyar qızı Qardaş: Əlizadə Nihat Nicad oğlu