Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Azər
Səbuhi Əsədov 19 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Hasanlı kəndindəndir. 15 sentyabr 2005-ci ildə Suraxanı rayonu 85 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoyub, 14 iyul 2016-ci ildə isə həmin məktəbin məzunu olub.
5 iyul 2019-cu ildə isə vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Mingəçevir şəhərində N saylı hərbi hissədə hərbi xidmətini davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılmışdır. 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olmuşdur. Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər xiyabanında dəfn edilmişdir
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra Səbuhi Əsədov “Vətən uğrunda”, "Suqovuşannın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Bacısı Əsədova Sonanın sözlərinə görə qardaşı ağır təbiətli sakit biri idi. İdmanla məşğul olmağı. Youtube üçün videolar çəkməyi sevirdi.
Ana: Əsədova Cahan Məhərrəm qızı Ata: Əsədov Azər Həsən oğlu Bacı: Safıyeva Vüsalə Azər qızı Bacı: Babayeva Məlahət Azər qızı Bacı: Əsədova Sona Azər qızı