Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: İlqar
Həsənov Ümid İlqar oğlu 14 iyul 2001-ci ildə Quba rayonun İsnovqışlaq kəndində anadan olub. Quba rayonu, İsnovqışlaq kənd orta məktəbini bitirib.
Azərbaycan Ordusunun əsgəri olan Ümid Həsənov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ümid Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ümid Həsənov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Sakit, dürüst, səmimi, mehriban biri idi. Olduqca vətənpərvər, vətəni, bayrağını, millətini sevən bir insan olub.
Ata: Həsənov İlqar Nəsir oğlu Ana: Həsənova Məxfurə Ağakərim qızı Bacı: Heydərova Almaz İlqar qızı Bacı: Məmmədova Şahnaz İlqar qızı