Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Rövşən
Hüseynov Ramin Rövşən oğlu 1987-ci il iyun ayının 1-də Qazax rayonunda anadan olmuşdur. Ramin Hüseynov orta təhsilini Qazax rayonu, Namiq Vəliyev adına 5 saylı orta məktəbdə almışdır.
Ramin Hüseynov Azərbaycan Respublikasının Daxili Qoşunları tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu Ramin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərvər insan idi.
Ata: Hüseynov Rövşən Nəsrəddin oğlu Ana: Əmiraslanova Gülbəniz Mayıl qızı Bacı: Salehova Şəfəq Rövşən qızı Həyat yoldaşı: Hüseynova Bahar Elcan qızı Oğlu: Hüseynov Yusif Ramin oğlu Qızı: Hüseynova Gülbəniz Ramin qızı Oğlu: Hüseynov Rövşən Ramin oğlu