Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Səxavət
İbrahimov Elnur Səxavət oğlu 1990-cı il noyabr ayının 13-də Tərtər rayonu Qaradağlı kəndində anadan olmuşdur. Elnur İbrahimov orta təhsilini Qaradağlı kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elnur İbrahimov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə” , “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Elnur İbrahimov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elnur İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Vətənpərvər, mərd, cəsur insan idi.
Ata: İbrahimov Səxavət Sahib oğlu Ana: İbrahimova Zümrüd Həmid qızı Bacı: İbrahimova Aynurə Səxavət qızı