Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: İsgəndər
İsgəndərov Qorxmaz İsgəndər oğlu 23 oktyabr 1999-cu ildə Laçın rayonu, Sadınlar kəndində anadan olmuşdur. Orta təhsilini Laçın rayonu Sadınlar kənd orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinə daxil olmuş və ali təhsil almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan İsgəndərov Qorxmaz İsgəndər oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 13 sentyabr 2022-ci il tarixində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsgəndərov Qorxmaz İsgəndər oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Vətəninə sadiq, ailəsinə bağlı birisi idi.
Ata: İsgəndərov İsgəndər Oktay oğlu Ana: İsgəndərova Lalə Təsərək qızı Bacı: İskəndərova Sevinc İskəndər qızı