Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Vladimiroviç
Mayakov Artur Vladimiroviç 2007-ci il yanvarın 9-da Rusiya Federasiyasının Vladivostok şəhərində doğulmuşdur. Atası Quliyev Ramil Əli oğlu olub.
16 avqust 2016-cı ildə Gəncə şəhərinə, atasının yaxın qohumlarının yanına köçmüşdür. 15 sentyabr 2016-cı ildə Gəncə şəhər 29 saylı tam orta məktəbə daxil olmuş, təhsilini burada davam etdirmişdir. Ən böyük arzusu Xüsusi Təyyinatlı Qüvvələrdə xidmət etmək olmuşdur.
Gəncə sakini Mayakov Artur 2020-ci ildə oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində ağır xəsaət alaraq koma vəziyyətinə düşmüş, həkimlərin səyinə baxmayaraq, 2020-ci il 24 oktyabr tarixində vəfat etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Mayakov Artur Vladimiroviçə şəhid statusu verilmişdir.
Mehriban, gülərüz, şən uşaq idi. Gəzməyi çox sevərdi. Dostları tərəfindən çox sevilirdi.
Ata: Quliyev Ramil Əli oğlu Ana: Mayakova Anna Vladimirovna