✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Ata adı: Vüqar
Mədətov Rövşən Vüqar oğlu 7 iyul 1998-ci ildə Şəmkir şəhərində anadan olub. Şəmkir şəhərində yerləşən Füzuli məktəbində təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən Mədətov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb. 9 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rövşən Mədətov ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqləndiyinə görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rövşən Mədətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yardımsevər, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan idi.
Ana: Mədətova Rəna Nizami qızı Bacı: Hümbətova Ayşən Vüqar qızı Bacı: Əliyeva Gülşən Vüqar qızı