✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Ata adı: Fizuli
Məhərrəmli Fuad 10 may 2001-ci ildə Tərtər rayonunda anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Məhərrəmli Fuad 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşub.
Füzulinin 5 kəndinin alınmasında igidliklə iştirak edib. Cəbrayılın Nüzgar kəndi yaxınlığında Nüzgar dərəsi adlı yerdə yaralı əsgər yoldaşlarını xilas edərkən yanına minamyot düşmüş və ağır xəsarət alıb. Sentyabrın 30-da şəhidlik zirvəsinə ucalmışdır.
Ali baş komandan İlham Əliyevin sərəncamına əsasən "Füzulinin işğaldan azad olunmasına", “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məhərrəmli Fuad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ailəcanlı, səmimi, mehriban, dostcanlı gənc idi.
Ata: Məhərrəmov Fizuli Müzəffər oğlu Ana: Orucova Xurşud Həsən qızı Qardaşı: Məhərrəmli Rahul Fizuli oğlu Bacı: Məhərrəmli Aysel Füzuli qızı