✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Ata adı: İsrayıl
Niyaməddin Məhərrəmov 1993-cü il yanvarın 5-i Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2000–2011-ci illərdə Kür qəsəbəsində yerləşən İ. Aznaurov adına tam orta məktəbdə oxumuşdur.
Niyaməddin Məhərrəmov 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21 sentyabr 2020-ci il tarixində ordu sıralarına cəlb edilmiş, 29 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Niyaməddin Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhid Niyaməddin Məhərrəmov ciddi, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz biri olub.
Ata: Məhərrəmov İsrayıl Müzəffər oğlu Ana: Məhərrəmova Elmira Bədəl qızı Qardaş: Məhərrəmov Zaur İsrayıl oğlu