Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: İsrayıl
Rüfət Mehtizadə İmişlinin Qulubəyli kəndində anadan olub.
2015-ci ildə hərbi xidməti başa vuraraq doğulub boya-başa çatdığı Qulubəyli kəndinə qayıdıan Rüfət 2020-ci ilin sentybarında başlayan vətən müharibəsinə qatılır. O Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərk düşmənin canlı qüvvəsini və texnikasını məhv edir. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rüfət Mehdizadə ölümündən sonra “Vətən uğrunda”, ”Xocavəndin azad olunmasına görə’, ”Füzulinin azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rüfət Mehdizadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Rüfət yumşaq xasiyyətli, mehriban, dosta sadiq, sakit xarakterli bir oğul idi.
Ata: Mehtizadə İsrayıl Mehdi oğlu Ana: Əbilova Nailə İsmayıl qızı Qardaş: Əbilov Rövşən İsrayıl oğlu Bacı: İmanova Xəyalə İsrayıl qızı Bacı: Əzizova Gülər İsrayıl qızı Həyat yoldaşı: Əzizova Gülnar Elman qızı Oğlu: Mehtizadə Röyal Rüfət oğlu Oğlu: Mehdizadə İsrayıl Rüfət oğlu