Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Bilal
Məmmədhəsənov Qasim Bilal oğlu 18 dekabr 2001-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuşdur. 2002-ci ildə Moskva şəhərinin yubileyinə həsr olunmuş döş nişanı ilə Moskva meri Lujkov tərəfindən təltif edilmişdir. 2003- cü ildə Sabirabad rayonunun Qaraqaşlı kəndinə ailəsi ilə birlikdə qayıtmışdır. 2007- ci ildə Qaraqaşlı kənd orta məktəbində 1- ci sinifə getmişdir. 2018- ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib, elə həmin ili 467 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinə daxil olmuşdur. 2022- ci ildə universitetdən məzun olmuşdur.
2022- ci ilin iyulun 6-sı həqiqi hərbi xidmətə yollanmışdır. Əvvəlcə Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra isə Şuşa şəhəri N saylı hərbi hissədə xidmət etmişdir. Xidmət müddətində bir neçə dəfə Laçın istiqamətində gedən lokal döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmət etdiyi müddət ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 2023- cü il 19–20 sentyabrda baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Xankəndi şəhərinin "Xaç Postu" deyilən yüksəkliyi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur.
Məmmədhəsənov Qasim Bilal oğlu 21 sentyabr 2023- cü ildə yaşadığı Qaraqaşlı kəndində dəfn edilmişdir. Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğma kəndində abidə kompleksi inşa edilmişdir.
Mərd, cəsarətli, mehriban insan idi.
Ata: Məmmədhəsənov Bilal Fətəli oğlu Ana: Məmmədhəsənova Ruhiyyə Kərəm qızı Bacı: Məmmədhəsənli Ülkər Bilal qızı Qardaş: Məmmədhəsənli Xaliq Bilal oğlu