Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Anar
Məmmədli Elməddin Anar oğlu avqustun 10-u Lənkəran rayonu Velədi kəndində anadaN olub. O, Velədi kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.
Elməddin Məmmədli İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. O, 2020-ci il oktyabrın 24-də Füzuli rayonunda şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elməddin Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur vətənpərvər insan idi.
Ata: Məmmədov Anar Ənvər oğlu Ana: Əliyeva Camalə Bilal qızı Qardaş: Məmmədli Elcan Anar oğlu Qardaş: Məmmədli Murad Anar oğlu Bacı: Məmmədli Xədicə Anar qızı