Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Valeryeviç
Fuad Məmmədov 1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə "Helikopter pilotu" ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. "Səma" ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, Gürcüstan və Rusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda "Jara" filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub.
21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.
Atası Valeri Nikolayeviç Dışin, ehtiyatda olan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Anası Mətanət Ərəstun qızı Məmmədova, ali təhsili bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Fuad Məmmədov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fuad Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mərd, cəsur, mehriban insan olub.
Ata: Dışin Valeri Nikolayeviç Ana: Məmmədova Mətanət Ərəstun qızı Qardaş: Məmmədov Rüfət Valeryeviç