Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Şahin
Zəbiyulla Məmmədov 2000-ci il aprelin 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini 2006-2015-ci illərdə Yuri Kovalyov adına 229 saylı tam orta məktəbdə alıb. 2010-2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil almışdır. 12-13 yaşlarında T. İsmayılov adına mədəniyyət sarayında vokal dərsləri almış, bir çox səhnə fəaliyyəti olmuşdur. 2015-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində "Tar" ixtisası üzrə təhsil alıb. Humay Qədimovanın tələbəsi olub. Təhsil aldığı illərdə bir çox tədbirlərdə iştirak etmiş, bir neçə əsər bəstələmişdir. O musiqidən əlavə bir çox şeirlər yazmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Zəbiyulla Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zəbiyulla Məmmədov noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Maştağa qəsəbəsində dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zəbiyulla Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əsgər yoldaşları onu “Qızıl əsgər” ləqəbi ilə çağırırdı.
Ata: Məmmədov Şahin Beyulla oğlu Ana: Məmmədova Aynurə Yusifəli qızı Bacı: Məmmədova Seyidsəkinə Şahin qızı Qardaş: Məmmədov Mirceyhun Şahin oğlu