Həzrət Məsumənin (s.ə) həyatı və vəfatı haqqında hər şey
10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.
19–20 Sentyabr Antiterror Əməliyyatı
✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Ata adı: Eldəniz
Fərid Misirli Eldəniz oğlu 01 yanvar 2001-ci ildə Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində anadan olub.
11 yanvar 2019-cu ildə həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin İyul ayında həqiqi hərbi xidmətini bitirib. 1 sentyabr 2020-ci ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə yollanır. 2-ci Vətən müharibəsi başlayan tarixdən qəhrəmanlıqla döyüş əməliyyatlarında iştirak edir. 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu Nüzgar kəndində şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan torpaqlarının azad edilməsində göstərdiyi qəhrəmanlıqlara görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Misirli Fərid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ata-anasına çox bağlı, mədəni, sakit və hörmətcil insan idi. Daim şən olmağı sevirdi.
Ata: Misirov Eldəniz Maksim oğlu Ana: Babayeva Vəsilə Vaqif qızı Qardaş: Misirli Riyad Eldəniz oğlu