Həzrət Məsumənin (s.ə) həyatı və vəfatı haqqında hər şey
10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.
19–20 Sentyabr Antiterror Əməliyyatı
✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgəri (ə) mövludu: Mənəvi dəyərlərimiz və Əhli-Beyt
Ata adı: İlqar
Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub.
Kənan könüllü olaraq İkinci Vətən müharibəsində iştirak edib.
Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olmuşdur.
Göstərdiyi qəhrəmanlıqlara görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nadirli Kənan İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İgid, vətənpərvər oğul olub.
Ata: Nadirov İlqar Əli oğlu Ana: Nadirova Reyhan Təzəxan qızı Qardaş: Nadirli Faiq İlqar oğlu Qardaş: Nadirli Novruz İlqar oğlu Qardaş: Nadirli Zəka İlqar oğlu Bacı: Nadirli Fərizə İlqar qızı