Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Rövşən
Elşən Nurəliyev 16 noyabr 1997-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2006-cı ildə Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbə daxil olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir.
Elşən Nurəliyev 2019-cu ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə fərqləndiyinə görə məzuniyyətə buraxılmışdır. Hərbi xidmətinin başa çatmasına 5 gün qalmış Vətən müharibəsi başlamış və tankçı kimi 29 sentyabrda Goranboy, Ağcabədi, Füzuli istiqamətinə aparılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elşən Nurəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsində Füzuli döyüşlərində savaşıb. Füzuli uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəşlə Elşən Nurəliyev şəhidlik zirvəsinə yüksəlmişdir. Elşən Nurəliyev oktyabrın 12-də Sincan kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nurəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nurəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşən Nurəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elşən Nurəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Elşən olduqca sakit biri idi. Harda olmağından aslı olmayaraq hər zaman özünə hörmət qazanmağı bacarmışdır. Anasına çox bağlı bir övlad idi. Hər zaman anasının köməyinə çatmağa çalışırmış.
Ata: Nurəliyev Rövşən Muxtədir oğlu Ana: Nurəliyeva Təranə Səməd qızı Qardaş: Nurəliyev Seymur Rövşən oğlu Bacı: Nurəliyeva Sadəgül Rövşən qızı Qardaş: Nurəliyev Teymur Rövşən oğlu Bacı: İbrahimova Ayşən Rövşən qızı Bacı: Nurəliyeva İlahə Rövşən qızı Qardaş: Nurəliyev Elnur Rövşən oğlu