Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Yusif
Qarayev İlkin Yusif oğlu 2004-cü il noyabr ayının 25 -də Samux rayonu Seyidlər kəndində anadan olmuşdur. Qarayev İlkin orta təhsilini Samux rayon Seyidlər kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qarayev İlkin Yusif oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Qarayev İlkin Yusif oğlu Samux rayonu Seyidlər kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qarayev İlkin Yusif oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, igid, cəsur
Ata: Qəmbərov Yusif Musa oğlu Ana:Qarayeva İlahə Şəmil qızı Bacı:Qarayeva Əfsanə Yusif qızı Qardaş: Qarayev Musa Yusif oğlu