Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Fərman
Qasımov Sənan Fərman oğlu 1991-ci mart ayının 7-də Samux rayonunun Lək kəndində dünyaya gəlib.
Samux rayonu , Lək kənd orta məktəbində təhsil aldıqdan sonra, Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuş və oranı uğurla bitirmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımov , Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda medalları və III dərəcəli "Vətənə xidmətə görə ordeni" ilə təltif edilmişdir.
Ailəli idi, 3 övladı yadigar qalıb.
Ata: Qasımov Fərman Nəriman oğlu Ana: Qasımova Dürdanə Hidayət qızı Bacı: Qasımova Pərvanə Fərman qızı Bacı: Məmmədova Selcan Fərman qızı Həyat yoldaşı: Qasımova Məryəm Məqsəd qızı Oğlu: Qasımov Kənan Sənan oğlu Oğlu: Qasımov Nəriman Sənan oğlu Oğlu: Qasımov Rəvan Sənan oğlu